Bu ilin yanvar-aprel aylarında Azərbaycan 6 min 675 ton meşə fındığı ixrac edib.
Azərbaycanın xaricdən aldığı buğda bahalaşıb – YENİ QİYMƏT
FED.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu həcmdə meşə fındığının dəyəri 79 milyon 619 min ABŞ dolları olub.
Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 1 293 ton (16,2 %) az, dəyər baxımından isə 25 milyon 758 min dollar (47,8 %) çoxdur.
Hesabat dövründə meşə fındığı ixracından əldə olunan gəlir Azərbaycanın ümumi ixrac gəlirlərinin 0,6 %-ni təşkil edib.
Qeyd edək ki, bu ilin yanvar-aprel aylarında Azərbaycan xarici ölkələrlə 17 milyard 403 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 11 milyard 879 milyon ABŞ dolları ixracın, 5 milyard 525 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 35,2 % artıb, idxal isə 32,1 % azalıb. (Report)













