"Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 856 milyon 937 min manat təşkil edib.
Şirkətin maliyyə hesabatına görə bu, ötən il yanvarın 1-i ilə müqayisədə 28,1% azdır.
2017-ci ildə "Akkord"un cəmi öhdəlikləri 1,6% artaraq 675 milyon 676 min manata çatıb, cəmi kapitalı isə 65,6% azalaraq 181 milyon 262 min manata düşüb.
Ötən il şirətin satışdan gəlirləri 12 milyon 788 min manat (əvvəlki ilə nisbətən 16,4% çox), satışının maya dəyəri 8 milyon 44 min manat (8,3% az), satış xərcləri 25 min manat (87% az), ümumi və inzibati xərcləri 1 milyon 529 min manat (79,2% az), digər xərcləri 3 min manat (86,6 dəfə az), maliyyə xərcləri 842 min manat (42,7 dəfə az), məzənnə fərqindən zərəri 12,3 mln. manat (əvvəlki il gəlir olub) təşkil edib.
Son nəticədə "Akkord" 2017-ci ili 345 min manat xalis zərərlə başa vurub. Halbuki şirkət, 2016-cı ildə 6 milyon 317 min manat mənfəətlə çıxmışdı.
Xatırladaq ki, "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" 2006-ci ildə yaradılıb. Ötən ilin sonuna onun nizamnamə kapitalı 74 milyon 113 min manat təşkil edib Şirkətin səhmdarları 51% payla "VIP Estate" MMC və 49% payla Dərya Müsəllim oğli Vəliyevdir.
- Emitentin tam və qısaldılmış adı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsı (VÖEN), dövlət qeydiyyatının tarixi və nömrəsi:
Tam adı: “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” Açıq Səhmdar Cəmiyyəti.
Qısaldılmış adı: “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC
Dövlət qeydiyyatının tarixi və nömrəsi: 26.12.2006; 9900080711
- Emitentin hüquqi ünvanı və olduğu yer:
Hüquqi ünvanı: Azərbaycan Respublikası, Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsi 1937-ci məhəllə, AZ1033.
Olduğu yer: Azərbaycan Respublikası, Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsi 1937-ci məhəllə, AZ1033.
- Emitetin adında dəyişikliklər olduqda, emitentin bütün əvvəlki adları, habelə onların qeydiyyata alındığı tarixlər, emitent digər hüquqi şəxsin bölünməsi və ya tərkibindən ayrılması şəklində yenidən təşkil yolu ilə yaradıldıqda, yenidən təşkilin forması, həmin hüquqi şəxsin adı, emitent hüquqi şəxslərin birləşməsi və ya çevrilmə şəklində yenidən təşkil yolu ilə yaradıldıqda, yenidən təşkilin forması, həmin hüquqi şəxslərin adları:
Səhmdarların ümumi yığıncağının SÜY 05-17 nömrəli 28.12.2017-ci il tarixli qərarı ilə “Steel Force Construction” MMC emitentə qoşulmuşdur.
- Emitentin hesabat dövrü ərzində yaranmış və ləğv edilmiş filialları və nümayəndəliklərinin adı, olduqları yer və qeydiyyatları haqqında məlumatlar:
Hesabat ili ərzində emitentin aşağıdakı filialları yaradılmışdır:
- Adı: Emitentin Qazaxıstan Respublikasının Aktobe şəhərində filialı
Ünvan: Poçt indeksi: 030300, Aktobe vilayəti, Bayqanin rayonu, Karaukeldi kəndi, Kojabay Yazıkova 2A, Qazaxıstan
Qeydiyyat tarixi: 20.10.2017-ci il .
Direktor: Pşeniçnıy Aleksandr Nikolayeviç
- Adı: Emitentin İran İslam Respublikasında filialı
Ünvan: Poçt indeksi: 1436844191,Tehran əyaləti, Tehran şəhəri, Yusufabad, Kürdüstan prospekti, 64-cü Şərqi küçəsi 10, Bina Omid, İran.
Qeydiyyat tarixi: 16.09.2017-ci il.
Direktor: Elzamin Bayramov.
- Emitentin hesabat dövrü ərzində yaranmış və ya ləğv edilmiş hər bir törəmə cəmiyyətinin adı, təşkilati-hüquqi forması, hüquqi ünvanı, qeydiyyatı haqqında məlumatlar, nizamnamə kapitalında emitentin payı, hüquqi şəxsin emitentin törəmə cəmiyyəti hesab olunması üçün əsas sayılan müqavilənin bağlanma tarixi və qüvvədə olma müddəti:
Hesabat dövrü ərzində emitentin iştirakçılığı ilə aşağıdakı hüquqi şəxslər yaradılmışdır:
- Adı: “L and T Hydracarbon Caspian” MMC;
Ünvan: AZ1052, Bakı , Nərimanov rayonu, Ağa Nemətulla küçəsi 224.
Qeydiyyata alındığı tarix:06.07.2017-ci il.
Emitentin nizamnamə kapitalında payı: 92.500 manat (50%).
- Adı: “Balaxanı Metal Məmulatları” MMC.
Ünvan: AZ1033, Bakı , Nərimanov rayonu, Ağa Nemətulla küçəsi 224.
Qeydiyyata alındığı tarix:20.10.2017-ci il.
Emitentin nizamnamə kapitalında payı: 1,133,286.11 manat (100%).
Hesabat dövrü ərzində emitentin iştirakçısı olduğu aşağıdakı hüquqi şəxsin fəaliyyətinə xitam verilmişdir:
- Adı: “Steel Force Construction Company” MMC.
Ünvan: AZ1033, Bakı , Nərimanov rayonu, Teymur Əliyev küçəsi59.
Qeydiyyata alındığı tarix:28.11.2014-cü il.
Emitentin nizamnamə kapitalında payı: 1,499,349.84 manat (100%).
- Emitent şirkətlər qrupunun bir hissəsi olduğu təqdirdə qrupun adı:
Emitent hər hansı şirkətlər qrupunun hissəsi deyil.
- Emitentin məşğul olduğu fəaliyyət istiqamətləri:
Emitentin nizamnaməsinə müvafiq olaraq yolların, körpülərin, tunel və digər yol inşaatı ilə bağlı tikinti işlərinin aparılması, o cümlədən, digər təmir-tikinti xidmətlərinin göstərilməsi, yaşayış və qeyri-yaşayış binalarının tikilməsi,tikinti materiallarının istehsalı, tədarükü və alqı-satqısı, müxtəlif memarlıq və dizayn işlərinin həyata keçirilməsi, nəqliyyat və logistika, mühəndis-texniki xidmətlərin göstərilməsi, layihə-axtarış, elmi-tədqiqat işlərinin aparılması, onların nəticələrinin tətbiqi və satışı onun fəaliyyətinin əsas istiqamətləridir.
- Emitent lisenziya və ya icazəyə malik olduqda onların fəaliyyət növləri və qüvvədə olma müddətləri:
Hesabat dövrü ərzində emitent lisenziya əldə etməmişdir.
- Emitentin təklif etdiyi məhsullar və xidmətlər:
Yolların, körpülərin, tunel və digər yol inşaatı ilə bağlı tikinti işlərinin aparılması, o cümlədən, digər təmir-tikinti xidmətlərinin göstərilməsi, yaşayış və qeyri-yaşayış binalarının tikilməsi, tikinti materiallarının istehsalı, tədarükü və alqı-satqısı, müxtəlif memarlıq və dizayn işlərinin həyata keçirilməsi, nəqliyyat və logistika, mühəndis-texniki xidmətlərin göstərilməsi, layihə-axtarış, elmi-tədqiqat işlərinin aparılması , onların nəticələrinin tətbiqi və satışı emitentin təklif etdiyi məhsullar və xidmətlərdir.
- Emitentin işçilərinin sayı və onun rüblük dinamikası:
Hesabat dövrünün əvvəlində - yanvar ayının əvvəlində emitentin işçilərinin sayı 123 nəfər, hesabat dövrünün sonunda - dekabr ayının sonunda isə emitentin işçilərinin sayı 87 nəfər olmuşdur.
- Emitentin idarəetmə orqanları haqqında məlumat:
Müşahidə şurası: sədr: Vəliyev Dərya Müsəllim oğlu; üzvlər: Hüseynov Fərid Zakir oğlu, Aybek Göksel.
İcra orqanı: Baş icraçı direktor: Həmidov Bürhan Əhməd oğlu.
- Emitentin fiziki və hüquqi şəxs olan səhmdarlarının ayrı-ayrılıqda sayı:
Fiziki şəxs olan səhmdarların sayı: 1 (bir).
Hüquqi şəxs olan səhmdarların sayı: 1 (bir).
- Emitentin nizamnamə kapitalının beş faizi və daha artıq həcmdə səsli səhmlərinə (paya) malik olan şəxslər (fiziki şəxsin soyadı, adı, atasının adı; hüquqi şəxsin adı,olduğu yer və VÖEN-i), onların hər birinə məxsus olan səhmlərin sayı və emitentin nizamnamə kapitalında payı:
- Hüquqi şəxs:
“VIP ESTATE” MMC; Hüquqi ünvanı (olduğu yer): AZ1014; Bakı , Nəsimi rayonu, S.Rüstəm küçəsi 9, mənzil 3; dövlət qeydiyyat nömrəsi (VÖEN): 1401824371);
Emitentin nizamnamə kapitalında səhmlərinin miqdarı: 2.203.036 (iki milyon iki yüz üç min otuz altı) ədəd adi, adlı ,sənədsiz səhm;
Emitentin nizamnamə kapitalında payı: 51 %.
- Fiziki şəxsin adı:
Vəliyev Dərya Müsəllim oğlu;
Emitentin nizamnamə kapitalında səhmlərinin miqdarı: 2.116.642 (iki milyon yüz on altı min altı yüz qırx iki) ədəd adi, adlı, sənədsiz səhm;
Emitentin nizamnamə kapitalında payı: 49 %
- Nizamnamə kapitalında emitentin payı beş faizdən az olmayan hüquqi şəxslər (hüquqi şəxsin adı, olduğu yer, VÖEN-i, nizamnamə kapitalında emitentin payı):
Hesabat dövrü ərzində nizamnamə kapitalında emitentin payı beş faizdən az olmayan aşağıdakı hüquqi şəxslər yaradılmışdır:
- Adı: “L and T Hydracarbon Caspian” MMC; ünvan: AZ1052, Bakı , Nərimanov rayonu, Ağa Nemətulla küçəsi 224; emitentin nizamnamə kapitalında payı: 92.500 manat (50%).
- Adı: “Balaxanı Metal Məmulatları” MMC; ünvan: AZ1033, Bakı , Nərimanov rayonu, Ağa Nemətulla küçəsi 224 ,emitentin nizamnamə kapitalında payı: 1,133,286.11 manat (100%).
- Emitentin səhmdarlarının hesabat dövrü ərzində keçirilmiş yığıncaqları barədə məlumat:
- Yığıncağın keçirilmə tarixi və yeri: Bakı , 31.01.2017-ci il.
Ümumi yığıncaqda qəbul edilmiş qərarlar: Ümumi yığıncağın gündəliyinin təsdiq , Baş icraçı direktorun təyin edilməsi, nizamnamənin yeni redaksiyada təsdiqi və müşahidə şurasının yeni tərkibinin təsdiq olunması ilə bağlı qərarlar qəbul edilməsi.
- Yığıncağın keçirilmə tarixi və yeri: Bakı, 09.06.2017-ci il.
Ümumi yığıncaqda qəbul edilmiş qərarlar: ümumi yığıncağın gündəliyinin təsdiqi, cəmiyyətin illik hesabatının təsdiq olunması və cari məsələlər barədə qərarlar qəbul edilməsi.
- Yığıncağın keçirilmə tarixi və yeri: Bakı , 28.12.2017-ci il.
Ümumi yığıncaqda qəbul edilmiş qərarlar: “Steel Force Construction Company” MMC-nin emitentə qoşulması, qoşulma nəticəsində emitentin nizamnamə kapitalının artırılması, emitentin nizamnaməsinin yeni redaksiyada təsdiqi, bununla əlaqədar müvadiq qurumlara müraciət olunması ilə bağlı qərarlar qəbul edilməsi.
- Emitentin dövriyyədə olan investisiya qiymətli kağızlarının buraxılışları haqqında məlumat (investisiya qiymətli kağızların hər buraxılışı ayrı-ayrılıqda göstərilir):
- İnvestisiya qiymətli kağızın növü və forması: sənədsiz, adi. adlı səhm;
- İnvestisiya qiymətli kağızlar buraxılışının dövlət qeydiyyat nömrəsi və qeydiyyat tarixi: AZ1002008212. 26.12.2006-cı il.
- İnvestisiya qiymətli kağızların miqdarı və nominal dəyəri: nominal dəyəri 17.50 AZN (on yeddi manat əlli qəpik) olan 4.319.678 (dörd milyon üç yüz on doqquz min altı yüz yetmiş səkkiz) ədəd adi, adlı və sənədsiz səhm.
- İnvestisiya qiymətli kağızlar buraxılışının məcmu nominal dəyəri: 75.594.365 (yetmiş beş milyon beş yüz doxsan dörd min üç yüz altmış beş) manat.
- Hesabat ili ərzində emitent tərəfindən səhmlər üzrə ödənilmiş dividendlər haqqında məlumat (hesabat ilində səhmlərin hər növü üzrə ödənilmiş dividendlərin məbləği göstərilir): Hesabat ili ərzində emitent tərəfindən dividend ödənilməmişdir.
- Faizli istiqrazlar buraxılışı haqqında məlumatda – istiqrazlar üzrə gəlirliyin illik faiz dərəcəsi: hesabat ili ərzində emitent tərəfindən istiqraz buraxılmamışdır.
- İnvestisiya qiymətli kağızların yerləşdirildiyi və ya tədavüldə olduğu fond birjasının adı və olduğu yer (olduqda): Bakı Fond Birjası – ünvan: AZ1000; Bakı , Bülbül prospekti 19.
- Emitent tərəfindən bağlanmış xüsusi əhəmiyyətli əqdlər barədə məlumatlar:
Hesabat ili ərzində emitent tərəfindən xüsusi əhəmiyyətli əqdlər bağlanmamışdır.
- Emitent tərəfindən aidiyyatı şəxslərlə bağlanmış əqdlər barədə məlumatlar:
Hesabat dövrü ərzində emitent tərəfindən aidiyyatı şəxslərlə əqdlər bağlanmamışdır.
- İllik hesabatın təsdiq edildiyi ümumi yığıncağın tarixi:
- iyun 2017-ci il.
- İllik hesabatın açıqlanma mənbəyi haqqında məlumat:
“Xalq qəzeti”
MÜSTӘQİL AUDİTORUN HESABATI
"Akkord Sәnaye Tikinti İnvestisiya Korporasiyası" ASC-nin sәhmdarlarına
Rәy
Biz "Akkord Sәnaye Tikinti İnvestisiya Korporasiyası" ASC-nin (bundan sonra cәmiyyәt) 2017-ci il dekabrın 31-nә maliyyә vәziyyәtinin hesabatından, mәcmu gәlirlәr hesabatından, kapitalda dәyişikliklәr hesabatından vә göstәrilәn tarixdә başa çatan il üçün pul vәsaitlәrinin hәrәkәti hesabatından, habelә uçot siyasәtinin әhәmiyyәtli prinsiplәrinin qısa tәsviri dә daxil olmaqla, maliyyә hesabatlarına edilәn qeydlәrdәn ibarәt maliyyә hesabatlarının auditini aparmışıq.
Bizcə, әlavә edilmiş maliyyә hesabatları cәmiyyәtin 2017-ci il dekabrın 31-nә maliyyә vәziyyәtini, habelә maliyyә nәticәlәrini vә göstәrilәn tarixdә başa çatan il üçün pul vәsaitlәrinin hәrәkәtini Maliyyә Hesabatlarının Beynәlxalq Standartlarına uyğun olaraq bütün әhәmiyyәtli aspektlәrdә әdalәtli әks etdirir.
Rәy üçün әsaslar
Biz auditi beynәlxalq audit standartlarına (BAS) uyğun aparmışıq. Bu standartlar üzrә bizim mәsuliyyәtlәrimiz әlavә olaraq hesabatımızın “Maliyyә hesabatlarının auditi üçün auditorun mәsuliyyәti” bölmәsindә tәsvir edilir. Biz Azәrbaycan Respublikasındakı maliyyә hesabatlarının auditinә aid olan etik normaların tәlәblәrinә uyğun cәmiyyәtdәn asılı deyilik vә digәr etik öhdәliklәrimizi bu tәlәblәrә uyğun yerinә yetirmişik. Bizcə, әldә etdiyimiz audit sübutları rәyimizi әsaslandırmaq üçün yetәrli vә münasibdir.
Maliyyә hesabatlarına görә rәhbәrliyin vә iqtisadi subyektin idarә edilmәsinә cavabdeh olan sәlahiyyәtli şәxslәrin mәsuliyyәti
Rәhbәrlik maliyyә hesabatlarının beynәlxalq maliyyә hesabatları standartlarına uyğun hazırlanmasına, düzgün tәqdim edilmәsinә , rәhbәrliyin fikrincә, dәlәduzluq vә ya sәhvlәr nәticәsindә әhәmiyyәtli tәhrif olmadığı maliyyә hesabatlarının hazırlanmasına imkan verәn zәruri daxili nәzarәt sisteminin tәşkilinә görә mәsuliyyәt daşıyır.
Maliyyә hesabatlarını hazırladıqda, rәhbәrlik cәmiyyәti lәğv etmәk vә ya işini dayandırmaq niyyәtindә olmadığı ,yaxud bunu etmәkdәn başqa münasib alternativ olmadığı halda, rәhbәrlik cәmiyyәtin fasilәsiz fәaliyyәt göstәrmәk qabiliyyәtinin qiymәtlәndirilmәsinә, müvafiq hallarda fasilәsiz fәaliyyәtә aid mәsәlәlәr haqqında mәlumatların açıqlanmasına vә mühasibat uçotunun fasilәsiz fәaliyyәt prinsipinin istifadә edilmәsinә görә mәsuliyyәt daşıyır.
İqtisadi subyektin idarә edilmәsinә cavabdeh olan sәlahiyyәtli şәxslәr cәmiyyәtin maliyyә hesabatlarının verilmә prosesinә nәzarәtә görә mәsuliyyәt daşıyır.
Maliyyә hesabatlarının auditinә görә auditorun mәsuliyyәti
Bizim mәqsәdimiz maliyyә hesabatlarında bir tam kimi, dәlәduzluq vә ya sәhvlәr nәticәsindә, әhәmiyyәtli tәhriflәrin olub-olmadığına dair kafi әminlik әldә etmәk vә rәyimiz daxil olan auditor hesabatını dәrc etmәkdir. Kafi әminlik әminliyin yüksәk sәviyyәsidir, lakin o zәmanәt vermir ki, әhәmiyyәtli tәhrif mövcud olduqda, BAS-lara uyğun aparılmış audit onu hәmişә aşkarlasın. Tәhriflәr dәlәduzluq vә ya sәhvlәr nәticәsindә yarana bilәr vә ayrılıqda, yaxud mәcmu olaraq, istifadәçilәrin belә maliyyә hesabatları әsasında qәbul etdiklәri iqtisadi qәrarlarına tәsir etmәk ehtimalı olduğu halda, әhәmiyyәtli hesab edilir.
“ABAK-Az Crowe “Ltd.
4 iyun 2018-ci il.
MALİYYӘ VӘZİYYӘTİ HAQQINDA HESABAT
|
manatla |
||
|
2017-ci il |
|
2016-cı il |
AKTİVLӘR |
|
|
|
Qısamüddәtli aktivlәr Pul vәsaitlәri vә onların ekvivalentlәri |
350 085 |
|
1 037 036 |
Debitor borcları |
11 487 916 |
|
9 973 886 |
Digәr debitorlar vә avanslar |
2 442 067 |
|
27 100 996 |
Ehtiyatlar |
73 893 132 |
|
301 986 985 |
|
88 173 201 |
|
340 098 903 |
Uzunmüddәtli aktivlәr: |
|
|
|
İnvestisiyalar |
286 950 257 |
|
238 060 134 |
Uzunmüddәtli debitor borcları |
218 270 411 |
|
200 794 058 |
Qeyri-maddi aktivlәr |
332 512 |
|
332 512 |
Torpaq, tikili vә avadanlıqlar |
22 181 264 |
|
385 521 986 |
İnvestisiya mülkiyyәti |
- |
|
1 546 603 |
Digәr uzunmüddәtli debitorlar |
241 029 496 |
|
26 106 017 |
|
768 763 940 |
|
852 361 310 |
CӘMİ AKTİVLӘR |
856 937 141 |
|
1 192 460 213 |
KAPİTAL və ÖHDӘLİKLӘR
Qısamüddәtli öhdәliklәr:
Kreditor borcları |
41 993 371 |
|
43 916 722 |
Digәr kreditor borclar |
37 251 497 |
|
15 939 980 |
Kredit vә borclar, qısamüddәtli |
20 699 301 |
|
21 897 559 |
|
99 944 169 |
|
81 754 261 |
Uzunmüddәtli öhdәliklәr: |
|
|
|
Uzunmüddәtli kreditor borcları |
97 984 533 |
|
75 488 234 |
Digәr uzunmüddәtli kreditor borcları |
199 005 987 |
|
175 910 235 |
Kredit vә borclar, uzunmüddәtli |
278 741 516 |
|
331 865 245 |
|
575 732 036 |
|
583 263 714 |
Cәmi öhdәliklәr |
675 676 205 |
|
665 017 975 |
Sәhmdar kapitalı |
|
|
|
Nizamnamә kapitalı |
74 112 500 |
|
74 112 500 |
Bölüşdürülmәmiş mәnfәәt |
107 148 435 |
|
107 493 536 |
Yenidәnqiymәtlәndirmә ehtiyatı |
- |
|
345 836 202 |
Cәmi sәhmdar kapitalı |
181 260 935 |
|
527 442 238 |
Cәmi öhdәliklәr vә kapital |
856 937 141 |
|
1 192 460 213 |
MӘCMU GӘLİRLӘR HAQQINDA HESABAT
|
2017-ci il |
|
2016-cı il |
Gәlir |
12 787 654 |
|
10 987 101 |
Tikinti müqavilәlәrinin vә satışın maya dәyәri |
(8 440 364) |
|
(9 202 803) |
Ümumi gәlir |
4 347 291 |
|
1 784 297 |
Satış xәrclәri |
(25 120) |
|
(171 900) |
Ümumi vә inzibati xәrclәr |
(1 528 728) |
|
(7 339 819) |
Digәr (xәrclәr)gәlirlәr -xalis |
3 340 |
|
289 322 |
Әmәliyyat fәaliyyәtindәn (zәrәr)gәlir |
2 796 783 |
|
(5 438 100) |
Maliyyә gәlirlәri (xәrclәri) |
(842 051) |
|
(35 973 004) |
Mәzәnnә fәrqindәn gәlir,zәrәr |
(2 299 832) |
|
48 141 169 |
Fövqәladә gәlirlәr |
- |
|
(413 263) |
Vergidәn әvvәlki mәnfәәt |
(345 101) |
|
6 316 802 |
Mәnfәәt vergisi xәrclәri |
- |
|
- |
Xalis mәnfәәt |
(345 101) |
|
6 316 802 |
Digәr mәcmu gәlirlәr |
- |
|
- |
Cәmi mәcmu gәlirlәr |
(345 101) |
|
6 316 802 |
KAPİTALDA DӘYİŞİKLİKLƏR HAQQINDA HESABAT
|
Nizamnamә kapitalı |
Yenidən qiymətləndirmə |
Ödənilməmiş |
Cәmi sәhmdar
|
2016-cı il yanvarın 1-nə |
74 112 500 |
- |
101 176 734 |
175 289 234 |
Sәhmdar kapitalında dәyişikliklәr: |
|
|
|
|
Səhmlərin buraxılışı |
|
|
|
|
Ehtiyatlarda dəyişiklik |
|
345 836 202 |
|
345 836 202 |
Bölüşdürülməmiş mənfəətə düzəlişlər |
|
|
|
|
Dövr әrzindә mәcmu gәlirlәr: |
|
|
|
|
Dövr ərzində mənfəət |
- |
- |
6 316 802 |
6 316 802 |
Dövr әrzindә cəmi mәcmu gәlirlәr: |
- |
- |
6 316 802 |
6 316 802 |
2016-cı il dekabrın 31-nə |
74 112 500 |
345 836 202 |
107 493 536 |
527 442 238 |
Sәhmdar kapitalında dәyişikliklәr: |
|
|
|
|
Səhmlərin buraxılışı |
- |
- |
- |
- |
Ehtiyatlarda dəyişiklik |
- |
345 836 202 |
- |
345 836 202 |
Dövr әrzindәmәcmu gәlirlәr: |
|
|
|
|
Dövr ərzində mənfəət |
-
|
- |
345 101 |
345 101 |
Dövr әrzindә cəmi mәcmu gәlirlәr: |
- |
- |
345 101 |
345 101 |
2017-ci il dekabrın 31-nə |
74 112 500 |
- |
107 148 435 |
181 260 935 |
PUL VӘSAİTLӘRİNİN HӘRӘKӘTİ HAQQINDA HESABAT
Әmәliyyat fәaliyyәtindәn pul vәsaitlәrinin hәrәkәti:
Vergidәn әvvәlki mәnfәәt |
(345 101) |
|
6 316 802 |
Qeyri-pul maddәlәri üzrә düzәliş: |
|
|
|
Torpaq, tikili vә avadanlıqların amortizasiyası |
3 361 893 |
|
5 810 223 |
Qeyri-maddi aktivlәrin amortizasiyası |
- |
|
37 572 |
Torpaq, tikili vә avadanlıqların satışı |
- |
|
414 373 |
Maliyyә xәrclәri |
842 051 |
|
35 973 004 |
Әmәliyyat aktiv vә öhdәliklәrindә dәyişiklikdәn |
3 858 843 |
|
48 551 975 |
Debitor borclarında (artım) |
(1 514 030) |
|
162 103 |
Digәr debitorlar vә avanslarda (artım) |
24 658 928 |
|
(3 019 856) |
Ehtiyatlarda azalma (artım) |
228 093 853 |
|
(8 130 693) |
Uzunmüddәtli debitor borclarında artım |
(17 476 353) |
|
(19 078 933) |
Digәr uzunmüddәtli debitorlarda artım |
214 923 479 |
|
6 681 921 |
Kreditor borclarında artım |
(1 923 350) |
|
16 756 602 |
Digәr kreditor borclarında (azalma) |
21 311 516 |
|
2 263 162 |
Uzunmüddәtli kreditor borclarında (azalma) |
22 496 300 |
|
33 285 364 |
Digәr uzunmüddәtli kreditor borclarında (azalma)artım |
13 279 382 |
|
25 508 261 |
Әmәliyyat fәaliyyәtinә xәrclәnәn pul vәsaitlәri |
507 708 567 |
|
102 979 905 |
Ödәnilmiş mәnfәәt vergisi |
- |
|
|
Әmәliyyat fәaliyyәtindәn xalis pul vәsaitlәri |
507 708 567 |
|
102 979 905 |
İnvestisiya fәaliyyәtindәn pul vәsaitlәrinin hәrәkәti |
|
|
|
Torpaq, tikili vә avadanlıqların satışından daxilolmalar |
(404 341 357) |
|
619 924 |
İnvestisiyalar |
(48 890 123) |
|
(60 360 546) |
İnvestisiya fәaliyyәtindә istifadә edilәn pul vәsaitlәri |
(453 231 480) |
|
(59 740 621) |
Maliyyә fәaliyyәti üzrә pul vәsaitlәrinin hәrәkәti |
|
|
|
Ödәnilmiş maliyyә xәrclәri |
(842 051) |
|
(35 973 004) |
Kreditlәr vә borclar |
(54 321 987) |
|
(7 656 948) |
Maliyyә fәaliyyәtindәn yaranan pul vәsaitlәri |
(55 164 038) |
|
(43 629 952) |
Pul vәsaitlәri vә onun ekvivalentlәrindә xalis artım |
(686 951) |
|
(390 668) |
Pul vәsaitlәri vә onun ekvivalentlәri, dövrün әvvәlinә |
1 037 036 |
|
1 427 703 |
Pul vәsaitlәri vә onun ekvivalentlәri, dövrün sonuna |
350 085 |
|
1 037 036 |
Tәqdim edilmiş: |
|
|
|
Kassa |
- |
|
5 810 |
Bank qalıqları |
350 085 |
|
1 031 226 |
|
350 085 |
|
1 037 036 |
"İldə 1866 manatla nə edə bilərik?" - BƏLƏDİYYƏLƏRİN BU GÜNÜ
«İndi də plana düşən evlər bahalaşır» - YENİ QAZANC ÜSULU