Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində "MİDA" MMC müsabiqə elan edib.
FED.az xəbər verir ki, müsabiqə Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yolun kənarında ("Qanlı göl"ün şimal hissəsi) yerləşən 15,4 ha torpaq sahəsində çoxmənzilli binaların tikintisi üçün potensial imkanlara malik olan investorları cəlb etmək məqsədilə keçirilir.
Təkliflər 7 may 2019-cu il saat 17:00-a qədər qəbul olunur. (telefon: +99412 594-54-01)
Müsabiqədə iştirak haqqı 300 manatdır.
Eləcə də bax: "Novostroyka"larla bağlı toplantı - NAZİRLƏR BİR ARADA