Son vaxtlar əmlak bazarında canlanma müşahidə olur.
FED.az xəbər verir ki, tələbatın artması qiymət artımına da səbəb olub. Bahalaşma tikilinin növünə və yerləşdiyi əraziyə görə dəyişir. Ekspertlər qiymət artımını bu ilin yanvarından ipoteka kreditlərinin ayrılması ilə əlaqələndirir.
Binalardakı mənzillərlə yanaşı, həyət evlərini də satışı ötən illərə nisbətən artıb. Lakin tələbat daha çıx çıxarışlı həyət evlərinədir.
Qeyd edək ki, güzəştli ipotekalar üçün maksimal limit 10 min, digər ipotekalar üçün isə maksimal limit 150 min manatdır. (Apa)