İKT

Tank qədər dözümlü smartfon təqdim edildi – QİYMƏTİ VƏ ÜSTÜN XÜSUSİYYƏTLƏRİ

Tank qədər dözümlü smartfon təqdim edildi – QİYMƏTİ VƏ ÜSTÜN XÜSUSİYYƏTLƏRİ | FED.az
22:13 24 Okt 2019

Smartfon bazarında kiçik yer tutmasına baxmayaraq, istifadəçilərə maraqlı modellər təqdim etməyi bacaran Doogee 48Mp kamera və 5150 mAs batareya ilə təmin etdiyi yeni hərbi gəmisi S95 Pro seriyasını təqdim edib.

FED.az xəbər ki, çox yaraşıqlı görünüşə sahib olan cihaz bir çox xüsusiyyətlərə malikdir. Əvvəla onu deyək ki, Doogee S95 Pro bir tank qədər möhkəmdir. IP68 və IP69K standartlarına uyğun olan cihaz düşmələrə qarşı davamlıdır, su və tozdan tam qorunma təmin edir. 

Eləcə də bax: Ən sürətli enerji toplayan telefonlar hansılardır? – SİYAHI

S95 Pro eyni zamanda MIL-STD-810G hərbi standartına cavab verir. Adətən bu standarta malik telefonun çox qalın olacağı gözlənilirdi. Ancaq S95 Pro 13,8 mm qalınlığındadır. Cihazın 285 qr. ağırlıqda olması isə bir az əl yora bilər.

Ekran və kamera xüsusiyyətlərinə gəlincə isə cihazın 6,18 düymlük IPS FHD+ ekranı 1080x2246 piksel görüntü imkanı vəd edir.

Ekranda olan su damlası çubuğunda f/2.0 diafraqma olan 16Mp selfie kamerası yerləşir.

 

Qapağının altında Media Tek Helio P90 çipi yer alan Doogee S95 Pro 8GB operativ yaddaş və 128GB yaddaş (microSD kart dəstəyi ilə 256GB genişləndirilə bilər) ilə təchiz edilmişdir. 10W simsiz şarj və 24W simli şarjı dəstəkləyən 5150 mAs batareya ilə təchiz edilmiş smartfon, qutudan Android 9.0 Pie əməliyyat sistemi ilə birlikdə çıxır.

Doogee S95 Pro texniki xüsusiyyətləri:

Prosessor: MediaTek Helio P90

Operativ yaddaş: 8GB

Saxlama sahəsi: 128GB

Arxa kamera: 48MP + 8MP + 8MP

Ön kamera: 16Mp

Batareya: 5150mAs

Ekran: 6,18 düymlük IPS ekrani/FHD + 1080x2246 görüntü

Əməliyyat sistemi: Android 9.0

Qeyd edək ki, Doogee S95 Pro İspaniyanın rəsmi internet mağazasında 399 dollara satışa çıxarılıb. Əlavə 100 dollar qarşılığında istifadəçilər telefonun arxasına sancaqlarla bərkidilən bir Hi-Fi dinamiki və 3500mAs batareya tutumuna malik iki maqnit modulu əldə edə bilərlər.

TED.az

Digər xəbərlər