Hazırda satışda olan ən sürətli enerji toplayan telefonlar hansılardır?
FED.az TED.az-a istinadən bu yazıda 5 ən sürətli enerji toplayan telefonu sizə təqdim edəcək.
Eləcə də bax: Dünyanın ən yaxşı smartfonlarının adları - AÇIQLANIB
Bu gün ağıllı telefonların ən böyük problemlərindən biri günü təmin etməyən batareyalardır. İllər keçsə də istehsalçılar batareya probleminin qəti həllini hələ də tapa bilməyiblər.
Batareya tutumu istənilən səviyyəyə yüksəlməsə də, enerji yığma müddəti qısaldılaraq bu problem bir şəkildə həll olunmuş sayılır. Artıq yarım saat ərzində enerji toplayan telefonları tapmaq mümkündür.
Xatırladaq ki, bir müddət əvvəl Oppo 65W SuperVOOC texnologiyası ilə 4000 mAh. batareyaya mailk modelin yarım saat ərzində enerji toplaya biləcəyini açıqlamışdı.
Honor Magic 2
Enerji toplama müddəti: 49 dəqiqə
Batareya tutumu: 3600 mAh.
Huawei P30 Pro
Enerji Toplama müddəti: 56 dəqiqə
Batareya tutumu: 4200 mAh
Xiaomi Mi 9
Enerji toplama müddəti: 58 qədiqə
Batareya tutumu: 3300mAh.
Huawei Mate 20 Pro
Enerji toplama müddəti: 61 dəqiqə
Batareya tutumu: 4200 mAh