Xaricdən məhsul sifariş verirlər, çatdırılmada birbaşa ünvan qeyd edilsə də, bəzən karqo şirkətləri və poçt xidmətləri buna əməl etmir.
Müştəri məmnuniyyətinin aşağı və yüksək olan provayderin adları açıqlandı - SİYAHI
FED.az xəbər verir ki, son zamanlarda sürətli çatdırılma ilə bağlı bu cür şikayətlərin sayı artıb. Buna görədə İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi vətəndaşlar tərəfindən bağlamaların ünvana çatdırılması ilə bağlı daxil olan şikayətlərin artması səbəbindən poçt rabitəsi operatorlarına xəbərdarlıq edib. Belə ki, Türkiyə və Çindən istifadəçinin ünvanına çatdırılma həyata keçirən poçt rabitəsi operatorları daşıma şərtlərini pozaraq məhsullaı poçt obyektindən təhvil almalarını təklif edirlər. Bu təkliflər ya SMS, ya da birbaşa zəng şəklində edilir.
Başqa bir problem isə çatdırılma zamanı kuryerlərlə yaşanır. Çatdırılmanı həyat keçirən kuryerlər bəzən vətəndaşlardan şəxsiyyət vəsiqəsi və digər sənədlər də tələb edirlər. Hətta şəkillərini də çəkirlər ki, buda yolverilməzdir.
Agentlik rəsmisi həmçinin bildirib ki, əgər şirkətlər xəbərdarlığa məhəl qoymazlarsa, onlar qanunvericiliklə məsuliyyətə cəlb olunacaqlar.
Vətəndaşlar xidmətindən narazı qaldıqları poçt rabitəsi operatorları ilə bağlı İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin "E-Şikayət" sisteminə müraciət edə bilərlər.