Bu ilin yanvar-avqust aylarında Azərbaycanda mobil rabitə xidmətlərindən əldə olunan gəlirlərin həcmi 579 mln. manat təşkil edib.
Bu barədə FED.az-a Dövlət Statistika Komitəsindən bildirilib.
Eləcə də bax: Azərbaycanda mobil rabitə operatorları 7 ayda 497 milyon manat gəlir əldə edib
Hesabat dövründə ölkə üzrə mobil rabitə xidmətlərindən əldə olunan gəlirlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,87% artıb. Mobil rabitə sektorunun gəlirləri ümumi telekommunikasiya bazarının gəlirlərinin 41,4%-ni təşkil edib.
Komitədən o da bildirilib ki, bu ilin 8 ayı ərzində informasiya və rabitə müəssisələri tərəfindən 1397,2 mln. manatlıq xidmət göstərilib ki, onun da 72,5%-i əhali tərəfindən istehlak olunub. Ötən ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərin dəyəri real ifadədə 17,6% artıb. Bu sahədə əldə olunan gəlirin 83%-i qeyri-dövlət sektorunun payına düşüb.
Apa