“Google” şirkəti üzərində hüquqlara sahib olan “Alphabet” şirkətinin rəsmisi bildirib ki, cari ilin iyununda axtarış sistemi kriptovalyuta və başqa spekulyativ maliyyə alətlərinin reklamına qadağa qoyacaq.
FED.az xəbər ki, həmçinin “Google”un yeni hesabatına əsasən, ötən il şirkət 3,2 milyard reklam elanını silib. 2016-cı illə müqayisədə silinmiş reklam elanlarının sayı təxminən 2 dəfə yüksəlib.
Qeyd edək ki, cari ilin yanvarında “Facebook” sosial şəbəkəsi kriptovalyuta, ICO (kriptoaktivlərin ilkin yerləşdirməsi) və binar opsionlarla bağlı reklam elanlarının dərcinə qadağa qoyub. Şirkətin nümayəndəsi bildirmişdi ki, belə reklam elanları həm sosial şəbəkə, həm “Instagram”, həm də kənar tətbiqlərdə reklam yerləşdirməyə imkan verən “Audience Network” şəbəkəsində qadağan ediləcək. Həmçinin “Facebook” öz istifadəçilərini sosial şəbəkənin siyasətini pozan elanlardan şikayət etməyə səsləyib.
@ICTnews