2019-cu ilin üçüncü rübündə dünyada ən çox satılan smartfon «iPhone XR» olub.
FED.az xəbər verir ki, bunu «Counterpoint Research» agentliyinin analitikləri açıqlayıb.
Eləcə də bax: Ən uzunmüddətli istifadə olunan - SMARTFON HANSIDIR?
Analitiklər müəyyən edib ki, «Apple»nin bu modeli dünyada bütün satışlarının 3%-ni təşkil edir. İkinci yeri «Samsung A10» smartfonu tutub – 2,6%. Üçüncü yerdə isə «Samsung»un daha bir modeli – «A60» gəlir – 1,9%. Ən populyar smartfonların ilk 10-luğunda «Apple»dan daha bir qadjet var: «iPhone 11» beşinci yerdə qərarlaşıb. «Galaxy A7» isə dünyada 67-ci yerdədir.
Eləcə də bax: Tank qədər dözümlü smartfon təqdim edildi – QİYMƏTİ VƏ ÜSTÜN XÜSUSİYYƏTLƏRİ
Ən çox satılan smatrfonların onluğunda «Oppo A9», «A5s» və «A5», «Xiaomi Redmi A7» və «Huawei P30» da daxil olub.