Çin Xalq Respublikasının Bazara Nəzarət üzrə Dövlət İdarəsi antiinhisar qanunvericiliyini pozduğuna görə “Alibaba” şirkətinin 18,22 milyard yuan (2,78 milyard ABŞ dolları) məbləğində cərimə olunduğunu elan edib.
Eləcə də bax: “Alibaba”ya ölkə tarixində ən böyük - Cəza Verilə Bilər
FED.az xəbər verir ki, bu barədə tənzimləyicinin saytındaki bəyanatda deyilir.
"İnhisarçılıq haqqında qanunun pozulması ilə əlaqədar “Alibaba”nın cərimələnməsi barədə qərar qəbul edilib. Bu şirkət milli qanunvericiliyi pozmağı dayandırmalıdır, 2019-cu ildə Çindəki satışı 455,71 milyard yuan (69,67 milyard ABŞ dolları) təşkil edən şirkətin cəriməsinin məbləği 4% təşkil edəcək. “Alibaba” 18,22 milyard yuan (2,78 milyard ABŞ dolları) ödəməlidir", - sənəddə deyilir.
Sənəddə qeyd edilidiyi kimi, istintaq “Alibaba”nın istehlakçıları öz xidmətlərindən "seçim etmədən" istifadəyə məcbur etmə siyasəti yürütdüyünü təsdiqləyib. "Bu, Çinin elektron ticarət bazarının rəqabət mühitini mənfi təsir etdi", - deyə bildirilir. (Report)