Çinin antiinhisar qurumu «Alibaba» şirkətini ölkə tarixində rekord məbləğdə cərimələmək niyyətindədir.
FED.az «Wall Street Journal»a istinadən bildirir ki, cərimənin məbləği 2015-ci ildə «Qualcomm Inc» şirkətinin ödədiyindən də böyük olacaq. Həmin vaxt sözügedən şirkət 975 milyon dollar cərimə ödəmişdi.
Bundan başqa, Çin hökuməti «Alibaba»dan tələb edə bilərlər ki, «ikisindən birini seç» praktikasından istifadə etsin.
Qeyd edək ki, «Alibaba» şirkəti onun rəqibləri ilə də əməkdaşlıq edən kiçik şirkətləri bu üsulla seçim qarşısında qoyurdu. Daha sadə desək, partnyorundan tələb edirdi ki, ondan başqa satış şirkətilə əməkdaşlıq etməsin.
Qeyd edək ki, Çinin və dünyanın ən byöük satış platformalarından biri olan «Alibaba»nın Çin hökuməti ilə problemləri 2020-ci ilin sonunda yaranıb. Ötən ilin dekabrında Çinin nəzarət qurumları «Alibaba»ya qarşı intiinhisar araşdırmasına başlayıb.
Alibaba Group — internet kommunikasiya sahəsində 1999-cu ildən çalışan ən byöük Çin şirkətidir. Bu qrup beynəlxalq satış plftformaları olan Alibaba.com, AliExpress.com, Taobao.com və Tmall.com-un sahibidir.