Azərbaycanda POS-terminalların sayında artım qeydə alınıb.
FED.az Mərkəzi Bankın hesabatı əsasında apardığı hesablamalara istinadən xəbər verir.
Belə ki, cari ilin oktyabrın 1-nə ümumilikdə 81 799 ədəd POS-terminal quraşdırılıb. Bu da aylıq 580 ədəd (0,7%) illik isə 7 343 ədəd (9,9%) çoxdur.
Sentyabrın 1-nə qurşadırılmış POS-terminalların sayı 81 219, ötən ilin oktyabrın 1-nə quraşdırılmış bankomatların sayı isə 74 456 ədəd olub.
POS-terminalların 55 362-si Bakının, 26 437-si isə regionların payına düşüb.
Bakıda quraşdırılmış POS-terminallar aylıq 99 (0,2%), illik müqayisədə isə 5 627 (11,3%) ədəd, regionlarda isə aylıq 481 (1,9%), illik 1 716 (6,9%) ədəd artıb.
Cari ilin sentyabrın 1-nə Bakıda 55 263 , ötən ilin oktyabrın 1-nə 49 735 ədəd, regionlarda sentyabrın 1-nə 25 956 ötən ilin oktyabrın 1-nə 24 721 ədəd POS-terminallar quraşdırılıb.