Azərbaycanda bankomatların sayında artım qeydə alınıb..
FED.az Mərkəzi Bankın hesabatı əsasında apardığı hesablamalara istinadən xəbər verir.
Belə ki, cari ilin oktyabrın 1-nə ümumilikdə 3 119 ədəd bankomat quraşdırılıb. Bu da aylıq 15 ədəd (0,5%) illik isə 90 ədəd (3,0%) çoxdur.
Sentyabrın 1-nə qurşadırılmış bankomatların sayı 3 104, ötən ilin oktyabrın 1-nə quraşdırılmış bankomatların sayı isə 3 029 ədəd olub.
Bankomatların 1 621-i Bakının, 1 498-i isə regionların payına düşüb.
Bakıda quraşdırılmış bankomatlar aylıq 9, illik müqayisədə isə 35 ədəd, regionlarda isə aylıq 6, illik 55 ədəd artıb.
Cari ilin sentyabrın 1-nə Bakıda 1 612 , ötən ilin oktyabrın 1-nə 1 586 ədəd, regionlarda sentyabrın 1-nə 1 492, ötən ilin oktyabrın 1-nə 1 443 ədəd bankomat quraşdırılıb.