Azərbaycanda 100 iş günündən çox işləmək lazımdır ki, «iPhone»nun yeni modelini – «iPhone 11 Pro» almaq mümkün olsun.
FED.az xəbər verir ki, Picodi şirkəti müxtəlif ölkələrdə «iPhone 11 Pro» almaq üçün nə qədər işləmək tələb olunduğunu araşdırıb və bu araşdırmaya görə, Azərbaycanda iPhone 11 Pro almaq üçün 100,6 iş günü çalışmaq lazımdır.
Eləcə də bax:Ən çox satılan smartfonlar açıqlandı - SİYAHI
Cənubi Qafqaz ölkələri arsında lider mövqe Gürcüstana məxsusdur. Rəsmi məlumatlara görə, Gürcüstanda rəsmi orta aylıq gəlir 1179,8 lari təşkil edir. Buna uyğun olaraq Gürcüstanda iPhone 11 Pro almaq üçün Gürcüstanda 82 işgünü çalışmaq lazımdır. Bu göstərici ötən ilkindən 8 gün çoxdur.
Ermənistanda iPhone 11 Pro almaq üçün Gürcüstandan bir qədər çox işləmək lazım olacaq. Ermənistanda orta aylıq gəlir 178,633 min dram təşkil edir. Odur ki, bu ölkədə iPhone 11 Pro almaq üçün 101 iş günü çalışmaq lazım olacaq.
Azərbaycanda isə iPhone 11 Pro almaq üçün Ermənistandan az, Gürcüstandan çox işləmək lazım olacaq. Belə ki, ölkədə orta aylıq maaş 563,6 manat göstərilib. Ümumiyyətlə gün baxımından ötən illə müqayisədə bu il Azərbaycanda iPhone 11 Pro almaq üçün 21 gün daha az işləmək lazımdır.
Ötən illə müqayisədə Rusiya öz mövqeylərini yaxşılaşdırıb. Belə ki, bu il Rusiyada 47 iş günü çalışmaq lazımdır ki, iPhone 11 Pro almaq mükün olsun. Ötən il bu göstərici 48,2 gün olub.
Bundan başqa reytinqdə Ukrayna – 96,7 iş günü, Türkiyə - 89,1 iş günü, Qazaxıstan – 76,5 iş günü olub.
Reytinqin lideri İsveçrə, ABŞ və Luksemburq olub. Ortastatistik isveçrəli «iPhone 11 Pro»nu 4,8 iş günü hesabına ala bilər. Amerikalı 5,8 günə, lyuksemburqlu isə 6,7 iş gününə iPhone 11 Pro ala bilər.
Antirekord Tacikistana məxsusdur. Bu ölkə vətəndaşı iPhone 11 Pro almaq üçün 204 iş günü sərasər çalışmalıdır.
Reytinqdə 2019-cu il istehsalı olan 64 QB-lıq iPhone 11 Pro-lar nəzərə alınıb. Ölkələrin orta aylıq əməkhaqları barədə məlumat isə ölkələrin statistik qurumlarının açıqladığı məlumat əsasında tərtib olunub. Qazanılmış məbləğ orta atlıq 21 iş gününə bölünərək hesablama aparılıb.