Abşeron və Sumqayıt ərazisində özlərini Dövlət Vergi Xidmətinin əməkdaşları kimi təqdim edərək sahibkarlardan pul yığan şəxslər var.
Azərbaycanda məşhur MMC-lər vasitəsilə xaricə 578 milyon manat çıxarıblar – SİYAHI, ADLAR
FED.az xəbər verir ki, onlar Masazır kəndində bir neçə ticarət obyektinə daxil olaraq guya "vergi xidmətləri" həyata keçirdiklərini bildiriblər. Hətta bəzi hallarda "müqavilə" adı altında saxta sənədlərə məcburi imza atdırıblar.
Həmin şəxslər ticarət obyektlərindən birinin təhlükəsizlik kameraları tərəfindən də qeydə alınıb.
Dövlət Vergi Xidmətindən bildirilib ki, sözügedən şəxslərin quruma heç bir aidiyyəti yoxdur və onların bu cür "xidmətləri" mövcud deyil.
Xidmətdən o da bildirilib ki, bu hal təkcə Abşeron və Sumqayıt ərazisində deyil, ölkənin bir sıra bölgələrində də müşahidə olunub.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən isə bildirilib ki, məsələ ilə bağlı vətəndaş müraciəti əsasında araşdırma aparılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.












