Kayman Adalarının “Karasu Operating Company” Şirkətinin filialı barəsində gömrük qaydaları əleyhinə olan inzibati xəta protokolu tərtib edilib.
Eləcə də bax: “Pepsi” şirkəti “Qafqaz Otelləri Bakı”nı - MƏHKƏMƏYƏ VERDİ
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu protokol İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə iddası ilə irəli sürülüb. Protokol Nəsimi Rayon Məhkəməsinə göndərilib.
Qeyd edək ki, İXM-in 485.2-ci maddəsinə görə, Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə -vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.
Xatırladaq ki, “Karasu Operating Company” şirkəti “Mishovdagh” və “Kalamaddin” neft yataqlarının tədqiqatı və inkişafında iştirak edir. Şirkət Bakıda fəaliyyət göstərir.