“Mars Overseas Baku LTD” MMC “Qafqaz Otelləri Bakı” MMC ilə bağlı məhkəməyə müraciət edib.
Eləcə də bax: “Azərbaycan Sənaye Bankı” şirkətlə - Məhkəmə Çəkişməsindədir
FED.az Banker.az-a istinadən xəbər verir ki, “Mars Overseas Baku LTD” MMC bununla bağlı Bakı Kommersiya Məhkəməsinə müraciət etmişdir.
Şirkətin müraciətindəki işin mahiyyəti alqı-satqı müqaviləsi üzrə mübahisələr qaynaqlanır.
Qeyd edək ki, “Mars Overseas Baku LTD” MMC 1999-cu ildən Azərbaycanda “Pepsi” və digər adlar altında sərinləşdirici içkilərin istehsalçısıdır.
Onu da bildirək ki, “Qafqaz Otelləri Bakı” MMC 2017-ci ildə dövlət qeydiyyatına alınıb, qanuni təmsilçisi Rəhman İbrahimovdur. Şirkətin hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov PR, ev 206, m. 0 ünvanıdır.