Azərbaycanda şirkət direktoru barəsində axtarış elan edilib.
Eləcə də bax: Azərbaycanda axtarışda olan olan türk iş adamı: «MƏNİ HEÇ KİM AXTARMIR»
FED.az xəbər verir ki, axtarış barədə məlumat Bakı şəhər Baş Polis İdarəsinin saytında yerləşdirilib.
Axtarış məlumatında qeyd olunub ki, Qarayev Ruslan Akif oğlu Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirli bilinərək barəsində məhkəmənin qərarı ilə həbsli axtarış elan edilib.
Qeyd edək ki, R. Qarayev “Baktel” MMC-nin direktoru olub.
Həmçinin o, ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq idarə rəisi, general Akif Çovdoruvun cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınıb.
(Apa)