Daxili İşlər Nazirliyinin məlumatlarına əsasən, 2022-ci il ərzində ölkədə 36 494 cinayət hadisəsi qeydə alınmışdır ki, bu da 2021-ci ilin göstəricisindən 17,2 faiz çoxdur.
Məhkəmə “Broker” MMC-nin sabiq rəhbərini - Ev Dustaqlığına Buraxıb
FED.az xəbər verir ki, ötən il əhalinin hər 100 min nəfərinə 361 cinayət hadisəsi düşüb. Ötən il bu rəqəm 307 idi.
Qeydə alınan cinayət hallarının 59,6 faizini az ağır, 23,8 faizini böyük ictimai təhlükə törətməyən, 16,6 faizini isə ağır və xüsusilə ağır cinayətlər təşkil edib.
Qeydə alınan cinayət hallarından 15 142 hadisə ictimai təhlükəsizlik və ictimai qayda əleyhinə olan, 14 500 hadisə iqtisadi sahədə, 5388 hadisə şəxsiyyət əleyhinə, 1443 hadisə dövlət hakimiyyəti əleyhinə olan (onlardan 487 hadisə korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan digər cinayətlər), 21-i isə digər cinayətlərdir.
2021-ci illə müqayisədə hadisə ictimai təhlükəsizlik və ictimai qayda əleyhinə olan cinayətlər 24,5%, iqtisadi cinayətlər isə 22,4% artıb.
2022-ci ildə bəzi cinayət növlərində azalma baş verib. Məsələn, əmək mühafizəsi qaydalarını pozma 2,0 dəfə, qanunsuz sahibkarlıq 1,9 dəfə, vergiləri, işsizlikdən sığorta, icbari tibbi sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma 13,8 faiz, qaçaqmalçılıq cinayətləri 4,7 faiz azalıb.
Əvəzində cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma 17,4 dəfə, ekoloji cinayətlər 1,8 dəfə, soyğunçuluq 34,0 faiz, kibercinayətlər 28,6 faiz, oğurluq 25,6 faiz, dələduzluq cinayətləri – hər biri 24,4 faiz, mənimsəmə və ya israf etmə 19,6 faiz, Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə 13,9 faiz, rüşvət cinayətləri 5,5 faiz artmışdır.