“Atəşgah” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti məhkəməyə verilib.
Eləcə də bax: “Gilan Holding”in Qəbələdəki zavodu “Azəriqaz”ı - MƏHKƏMƏYƏ VERİB
FED.az Banker.az-a istinadən xəbər verir ki, iddiaya səbəb sığorta müqaviləsi üzrə mübahisələr – sığorta ödənişinin ödənilməsi tələbidir.
İddiaçı Vəliyeva İradə Hətəm qızıdır. Hakim İlkin Rüstəmlidir.
Xatırladaq ki, “Atəşgah Sığorta” 1996-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 5 008 500 manatdır. Şirkətin səhmlərinin 63%-i “ISR Holding” MMC-yə, 27%-i “Ran-Exim” MMC-yə, 10%-i isə Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsusdur.