"Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycanda islahatlar mütəmadi olaraq keçirilməkdədir".
FED.az xəbər verir ki, bunu Birinci vitse-prezidentin köməkçisi Gündüz Kərimov məhkəmə-hüquq islahatlarının əsas istiqamətlərinin sahibkarlarla ictimai müzakirəsi zaman deyib.
O qeyd edib ki, 2018-ci ildə Azərbaycan məhkəmələrində 246 920 işə baxılıb: “Həmin işlərdən 17 307-ni inzibati işlər, 5 000-ni iqtisadi işlər təşkil edir. 2018-ci ildə Azərbaycanda birinci imstansiya məhkəmələrində 12 539 cinayət işlərinə baxılıb. Onlardan 10 172-si ittiham hökmü ilə nəticələnib, 89-u isə bəraətlə başa çatıb. Burada əsas yük rayon məhkəmələrinin üzərinə düşür. Bu işlərin də əsas xarakteri iqtisadi xarakter daşıyır"deyə o vurğulayıb .
Eləcə də bax: "İslahatlar məhkəmə sistemində neqativ halların qarşısını alacaq" - MÜSAHİBƏ