Bakıda qaynaqçı hündürlükdən yıxılıb.
Eləcə də bax: Bakıda zavodda bədbəxt hadisə - ÖLƏN VAR
FED.az xəbər verir ki, hadisə Nərimanov rayonu, Böyükşor qəsəbəsində yerləşən "Metak" MMC-də baş verib.
Orada qaynaqçı işləyən, 1986-cı il təvəllüdlü Vüqar Paşayev cəmiyyətin sexində dam örtüyünü təmir edən zaman hündürlükdən yıxılıb. O, ağır kəllə-beyin tramvası ilə xəstəxanaya daxil olunub. Hazırda vəziyyəti ağırdır.
Faktla bağlı araşdırma aparılır. (Apa)