İyulun 5-də saat 18 radələrində Xəzər rayonu, Qala qəsəbəsi ərazisində yerləşən Bakı elektrik maşınqayırma zavodunda bədbəxt hadisə baş verib.
Eləcə də bax: İşçiləri sığortalamaq neçəyədir? - PEŞƏLƏR, MƏBLƏĞLƏR
FED.az rayon prokurorluğuna istinadən xəbər verir ki, zavodda fəhlə işləyən 1985-ci il təvəllüdlü Elfaq Rəhimovun dəmir parçasının dəyməsi nəticəsində aldığı xəsarətlərdən ölməsi barədə məlumat daxil olub.
Faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə istintaq davam etdirilir. (Qafqazinfo)