Azərbaycanlı çobanın dövlət sərhədini keçərək Ermənistan ərazisinə daxil olmasının təfərrüatı məlum olub.
Ermənistanda saxlanılan Azərbaycan Ordusunun hərbçisi həbs edilib
FED.az xəbər verir ki, həmin şəxs Tovuz rayonunun Ağdam kənd sakini imiş və özünə məxsus heyvanları otarırmış.
O, mütəmadi spirtli içki qəbul edirmiş. Çoban hadisə günü də heyvanları otarmaq üçün sərhədyanı əraziyə gedib və orada spirtli içki qəbul edib. Sərxoş vəziyyətdə olan həmin şəxs sərhədi Ermənistan tərəfə keçib və Çinari kəndi ilə sərhəddə saxlanılıb.
Məlumata görə, sərhədi keçən şəxsin psixoloji problemləri olub və bir neçə dəfə də bu xəstəlikdən müalicə alıbmış.
Azərbaycanlı çoban dövlət sərhədini keçərək Ermənistan ərazisinə daxil olub.
FED.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı Berd rayonundakı mənbələrinə istinadən məlumat yayıb.
Bölgə sakinlərinin sözlərinə əsasən, Azərbaycan vətəndaşı sərhəd xəttini Tavuş vilayətinin Çinari kəndi yaxınlığında adlayıb.
İlkin məlumatlarda çobanın Ermənistan hərbi polisi tərəfindən saxlanıldığı bildirilir.
Məsələ ilə bağlı hələ ki, heç bir rəsmi açıqlama verilməyib. (Oxu.az)













