2024-cü ilin yanvar ayında Azərbaycandan xarici ölkələrə 10 milyon 411 min dollar dəyərində 1 782 ton meşə fındığı ixrac edilib.
FED.az Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara istinadən xəbər verir ki, ixrac göstərciləri məbləğ ifadəsi ilə 1 milyon 645 min dollar (13,6%), miqdar ifadəsi ilə 683 ton (27,7%) azalıb.
2023-ci ilin yanvar ayında xaricə 12 milyon 56 min ABŞ dolları dəyərində 2 min 465 ton meşə fındığı ixrac edilmişdi.
Beləliklə bir ton meşə fındığının ixrac qiyməti bu il 5 842 dollar, ötən ilin müvafiq dövründə 4 891 dollar təşkil edib. Bu göstərici son bir ildə 951 dollar, başqa sözlə 19,5% artıb.
Bu da o deməkdir ki, 1 kq meşə fındığın orta ixrac qiyməti 2024-cü ilin yanvar ayında 9,93 manat təşkil edib.
Ötən ilin müvafiq dövründə isə bu göstərici 8,14 manat idi.
Qeyd edək ki, 2024-cü ilin yanvar ayında meşə fındığının ümumi ixracda xüsusi çəkisi 0.56%-ə, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 4,69%-ə bərabər olub.
2023-cü ilin yanvar ayında meşə fındığının ümumi ixracda xüsusi çəkisi 0,64%-ə, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 4,24%-ə bərabər olub.