Bu ilin ilk 7 ayında Azərbaycandan 7 milyard 660 milyon dollar həcmində 14 milyon 471 min ton xam neft ixrac edilib.
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, xam neft ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 1 milyard 566 milyon dollar və ya 17%, miqdar ifadəsilə isə 226 min ton, başqa sözlə 1,5% azalıb.
Qeyd edək ki, 2024-cü ilin yanvar-iyul ayları ərzində Azərbaycandan 9 milyard 226 milyon dollar dəyərində 14 milyon 696 min ton xam neft ixrac olunmuşdu.
Bu ilin ilk 7 ayının nəticələrinə görə Azərbaycanın ixrac etdiyi xam neftin 1 tonunun orta ixrac qiyməti 900 manat təşkil edib. 2024-cü ilin eyni dövründə isə bu rəqəm 1 067 manat idi. Bu da illik müqayisə ilə 167 manat və ya 15,7% ucuzlaşma deməkdir.
Bu il 7 ayında ümumi ixracın 50,31%-i xam neftin payına düşüb. Ötən ilin eyni dövründə isə bu göstərici 57,31% olub.