Naxçıvanda yanacaq qıtlığı yarana bilər.
“Astara gömrüyündə 5-6 min sürücü növbə gözləyir” - AÇIQLAMA
"Xanoba" gömrük postu açıldı - FOTOLAR - YENİLƏNİB
FED.az biznes və maliyyə xəbərləri portalı APA-ya istinadən xəbər verir ki, TIR sürücüləri artıq 10 gündən çoxdur ki, yola çıxmaqdan imtina edirlər.
Bu gün naxçıvanlı TIR sürücüləri yenidən Naxçıvan şəhər TIR parkında aksiya keçiriblər. Onlar İran gömrüyünün əməkdaşlarının son iki ayda hər dəfə sərhədi keçərkən rüşvət tələb etməsinə etiraz olaraq artıq səfərə çıxmayacaqlarını bildiriblər.
Sürücülər qeyd edib ki, artıq mart ayının 8-dən sonra heç bir TIR Bakıya getməyib və oradan da bura heç bir TIR gəlməyib. Belə olacağı təqdirdə, sürücülər məsələ həll olunanadək səfərə çıxmayacaqlarını bildiriblər.
İstənilən növ gömrük rəsmiləşdirmə əməliyyatlarınızı «Mobil Broker» şirkətinə həvalə edə bilərsiniz. Mobil Broker sizə kompleks həllər təklif edən gömrük təmsilçiilik şirkətidir.
“FED.AZ Gömrük” xəbərlərini gömrük təmsilçiliyi üzrə ölkənin ən qabaqcıl şirkətlərindən olan «Mobil Broker» şirkəti təqdim edir.