2023-cü ilin yanvar-dekabr aylarında Azərbaycan xarici ölkələrdən 5 milyon 137 min ABŞ dolları dəyərində 1 603 ton ərik qurusu idxal edib.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu da 2022-ci il ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 575,5 min dollar və ya 12,6%, həcm baxımından isə 108 ton və ya 7,2% çoxdur.
2022-ci ilin yanvar-dekabr aylarında 4 milyon 562 min dollar dəyərində 1 495 ton qurudulmuş ərik idxal edilib.
1 ton ərik qurusunun idxal qiyməti 2023-cü il ərzində 3 204 dollar, 2022-ci ilin eyni dövründə 3 051 dollar təşkil edib. Qiymətlərdə son bir ildə 153 dollar (5%) artım baş verib.
Ümumilikdə isə 1 kq ərik qurusunu idxalı 2023-cü ilin yanvar-dekabr aylarında 5,45 manata və 2022-ci ilin eyni dövründə 5,19 manata başa gəlib.