Bu ilin yanvar-dekabr aylarında Azərbaycan xaricdən 2 milyon 876 min dollar dəyərində 4 038 ton kivi idxal edib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir ki, idxal göstəriciləri məbləğ ifadəsində 100,4 min manat, yəni 3,6%, miqdar ifadəsi ilə təqribən 139 ton (3,6%) çoxdur.
Ötən ilin eyni dövründə ölkəyə 2 milyon 775 min dollarlıq 3 899 ton kivi gətirilib.
Bu da o deməkdir ki, 1 ton kivinin orta idxal qiyməti təxminən 712 dollar təşkil edib. 2022-ci ildə də bu göstərici 712 dollara başa gəlib (1 kq=1,21 manat).