Ötən ilin yanvar-dekabr aylarında Azərbaycana 1 milyard 680 milyon 653 min dollar dəyərində 95 min 971 ədəd avtomobil idxal olunub.
FED.az bu barədə Dövlət Gömrük Komitəsinin hesabatına istinadən xəbər verir.
2022-ci iln eyni dövrü ilə müqayisədə avtomobillər dəyər ifadəsi ilə 622 milyon 860 min dollar və ya 58,9%, miqdar ifadəsi ilə 21 min 394 ədəd və ya 28,7% artıb.
1 ədəd avtomobilin qiyməti 2023-cü ilin sonunda 17 512 dollar, 2022-ci ilin sonunda isə 14 184 dollar olub. Beləliklə don bir ildə avtomobillər 3 328 dollar və ya 23,5% bahalaşıb.
Avtomobillərin 9 milyon 778 min dollar dəyərində 163 ədədi sürücü də daxil olmaqla 10 nəfərlik, 1 milyard 515 milyon 315 min dollar dəyərində 88 min 151 ədədi sərnişin minik avtomobili , 386 milyon 295 min dollar dəyərində 14 min 098 ədədi hibrid, 3 min 102-si elektormobillər, 125 milyon 268 min dollar dəyərində 7 min 787 ədədi, yük, 40 milyon 206 min dollar dəyərində 370 -ü isə xüsusi təyinatlı avtomobillər olub.