2025-cü ilin yanvar-iyul ayları üzrə (7 ayda) Azərbaycanın ən çox ixrac etdiyi mallar açıqlanıb.
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə Azərbaycanın ümumi ixracının dəyəri 15 milyard 227 milyon ABŞ dolları təşkil etmişdir. İxracın strukturunda neft-qaz sektoru ənənəvi olaraq üstünlüyünü qoruyub saxlayıb.
Neft-qaz sektoru: Ümumi ixracın 86,29%-ni təşkil edərək 13 milyard 139 milyon dollarlıq məhsul ixrac olunub. Bu sektorun əsasını xam neft və neft məhsulları (ümumi ixracın 50,31%-i) və təbii qaz (ümumi ixracın 34,60%-i) təşkil edir.
Qeyri-neft sektoru: Bu sektorun ümumi ixracdakı payı 13,71% (təxminən 2 milyard 88 milyon dollar) olub. Qeyri-neft məhsulları arasında tərəvəz və meyvələr (506,4 milyon dollar) ixracda liderdir. Bu kateqoriyada əsas yeri pomidor (156,9 milyon dollar) və xurma (32,9 milyon dollar) tutur. Digər mühüm qeyri-neft ixrac malları aşağıdakılardır:
- Plastmassa və onlardan hazırlanan məmulatlar (222,5 milyon dollar)
- Alüminium və ondan hazırlanan məmulatlar (118,5 milyon dollar)
- Pambıq lifi (109,7 milyon dollar)
- Azot gübrəsi (100,2 milyon dollar)
- Elektrik enerjisi (41,6 milyon dollar)
Daha ətraflı, aşağıdakı cədvəllərdə: