2025-ci ilin ilk yeddi ayı üzrə Azərbaycan xarici ölkələrdən 13 milyard 615 milyon dollar dəyərində müxtəlif məhsul idxal edib.
FED.az xəbər verir ki, sənaye və texnoloji məhsullar idxalın əsasını təşkil edib:
Maşın, mexanizm, elektrik aparatları və avadanlıqlar: İdxalın ən böyük hissəsini (14,71%) təşkil edərək, 2 milyard 2 milyon dollar dəyərində olub.
Nəqliyyat vasitələri və onların hissələri: 1 milyard 487 milyon dollar dəyərində idxal edilib (ümumi idxalın 10,92%-i).
Qara metallar və onlardan hazırlanan məmulatlar: 551 952 ton həcmində, 627,8 milyon dollar dəyərində idxal olunub.
Plastmassa və onlardan hazırlanan məmulatlar: 180 797 ton həcmində, 333,4 milyon dollar dəyərində idxal edilib.
Ərzaq məhsulları idxalı da mühüm yer tutub:
Tərəvəz və meyvələr: 248 470 ton həcmində, 191,5 milyon dollar dəyərində idxal olunub.
Buğda: 646 335 ton həcmində, 140,1 milyon dollar dəyərində idxal edilib.
Bitki və heyvan mənşəli piylər və yağlar: 88 588 ton həcmində, 137,1 milyon dollar dəyərində idxal olunub.
Kərə yağı və süddən hazırlanmış digər yağlar: 16 633 ton həcmində, 113,6 milyon dollar dəyərində idxal edilib.
Ət: 25 180 ton həcmində, 55,1 milyon dollar dəyərində idxal olunub.
Çay: 7 814 ton həcmində, 47,6 milyon dollar dəyərində idxal olunub.