Yanvar-noyabr aylarında 379 milyon 300 min dollar dəyərində 3 milyard 923 milyon 216 min kv/saat elektrik enerjisi ixrac edilib.
FED.az Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara istinadən xəbər verir ki, ixrac göstərciləri məbləğ ifadəsi ilə 314 milyon 440 min dollar (5,8 dəfə), miqdar ifadəsi ilə 826 milyon 762 min kv/saat (4,7 dəfə) artıb.
Ötən ilin yanvar-noyabr aylarında xaricə 64 milyon 859 min ABŞ dolları dəyərində 826 milyon 762 min kv/saat elektrik enerjisi ixrac edilmişdi.
Beləliklə hər min kv/saat elektrik elektrik enerjisinin ixrac qiyməti bu il 97 dollar, ötən ilin müvafiq dövründə 78 dollar təşkil edib. Bu göstərici son bir ildə 18 dollar, başqa sözlə 23,2% bahalaşıb.
Qeyd edək ki, cari ilin yanvar-noyabr aylarında elektrik enerjisinin ümumi ixracda xüsusi çəkisi 1.20%-ə, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 12.50%-ə bərabər olub.
Keçən ilin yanvar-noyabr aylarında elektrik enerjisinin ümumi ixracda xüsusi çəkisi 0.18%-ə, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 2,41%-ə bərabər olub.