2023-cü ilin yanvar-oktyabr aylarında Azərbaycan xarici ölkələrdən 5 milyon 951 min ABŞ dolları dəyərində 293 min 492 ədəd elektrik ütüləri idxal edib.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu da 2022-ci il ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 2 milyon 418 min dollar və ya 68,5%, miqdar baxımından isə 110 min 854 ədəd və ya 60,7% çoxdur.
2022-ci ilin yanvar-oktyabr aylarında 3 milyon 532 min dollar dəyərində 182 min 632 ədəd ütü gətirlib.
1 ədəd ütünün idxal qiyməti bu il 20 dollar (34 manat), ötən il isə 19 dollar (33 manat) olub. Beləliklə, idxal qiyməti son bir il ərzində 1 dollar (4,8%) bahalaşıb.