2023-cü ilin yanvar-oktyabr aylarında Azərbaycan xarici ölkələrdən 26 milyon 780 min ABŞ dolları dəyərində 9 min 221 ton şampun idxal edib.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu da 2022-ci il ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 4 milyon 520 min dollar və ya 13%, miqdar baxımından isə 1 062 ton və ya 20,3% çoxdur.
2022-ci ilin yanvar-oktyabr aylarında 22 milyon 260 min dollar dəyərində 8 min 159 ton şampun gətirlib.
1 ton şampunun qiyməti bu il 2 904 dollar, ötən il isə 2 728 dollar olub. Beləliklə, idxal qiyməti son bir il ərzində 176 dollar (6,4%) bahalaşıb.
Bu da o deməkdir ki, şampunun 1 kiloqramının idxal qiyməti 2023-cü ilin yanvar-oktyabr aylarında 4,94 manat, əvvəlki ilin eyni dövründə 4,64 manat olub.