2023-cü ildə Azərbaycan xarici ölkələrdən 3 milyon 864 min ABŞ dolları dəyərində 717 ton badam idxal edib.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu da 2022-ci il ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 237,1 min dollar və ya 5,8%, həcm baxımından isə 24 ton və ya 3,2% azdır.
2022-ci ildə 4 milyon 101 min dollar dəyərində 741 ton badam idxal edilib.
1 ton badamın idxal qiyməti 2023-cü ildə 5 389 dollar, 2022-ci ilin eyni dövründə 5 534 dollar təşkil edib. Qiymətlərdə son bir ildə 145 dollar (2,6%) azalma baş verib.
Ümumilikdə isə 1 kq badamın idxalı 2023-cü ildə 5,45 manata və 2022-ci ilin eyni dövründə 5,19 manata başa gəlib.
Bununla yanaşı, Azərbaycan xarici ölkələrə ötən il ümumilikdə 1 milyon 867 min dollarlıq 845 ton badam ixrac edib.
Badam satışından gəlirlər son bir ildə 55,5 min dollar, ixrac edilmiş məhsulun miqdarı isə 157 ton (22,9%) artıb.
Ötən il isə xarici ölkələrə 1 milyon 812 min dollarlıq 687 ton badam ixrac olunub.
Badamın 1 tonun ixrac qiyməti ötən il 2 211 dollar, 2022-ci ildə isə 2 632 dollar təşkil edib. Qiymətlərdə son bir ildə 425 dollar (16,1%) azalma qeydə alınıb.
Bu da o deməkdir ki, badamın 1 kq-nın ixracı 2023-cü ildə 3,76 manat, 2022-ci ildə 4,48 manat təşkil edib.