2023-cü ilin yanvar-oktyabr aylarında Azərbaycan xarici ölkələrdən 1 milyon 554,7 min ABŞ dolları dəyərində 43 min 373 ədəd qaz sayğacı idxal edib.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu da 2022-ci il ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 11 milyon 118,4 min dollar və ya 87,7% (8,1 dəfə), miqdar baxımından isə 334 min 406 ədəd və ya 88,5% (8,7 dəfə) azdır.
2022-ci ilin yanvar-oktyabr aylarında 12 milyon 613,1 min dollar dəyərində 377 min 779 ədəd qaz sayğacı gətirlib.
1 ədəd qaz sayğacının idxal qiyməti bu il 36 dollar (61manat), ötən il isə 34 dollar (57 manat) olub. Beləliklə, idxal qiyməti son bir il ərzində 2 dollar (4 manat) və ya (6,9%) bahalaşıb.