2024-cü ilin yanvar-dekabr aylarında Gəncə şəhərində fəaliyyət göstərən sənaye müəssisələri və fiziki şəxslər tərəfindən faktiki qiymətlərlə 607,2 milyon manatlıq sənaye məhsulu istehsal edilib və sənaye xarakterli xidmətlər göstərilib.
FED.az bu barədə Gəncə Şəhər Statistika İdarəsinə istinadən xəbər verir.
Məlumata əsasəm məhsulun və xidmətlərin 157,4 milyon manatı, yaxud 25,9 faizi dövlət sektorunun sənaye müəssisələri, 449,8 milyon manatı, yaxud 74,1 faizi qeyri-dövlət sektorunun sənaye müəssisələri və fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan təsərrüfat subyektləri (fiziki şəxslər) tərəfindən istehsal edilib.
Emal sektorunun müəssisələri tərəfindən 447,8 milyon manatı, yaxud 82,8 faizi qeyri-dövlət sektoruna aid olmaqla 541,0 milyon manatlıq məhsul istehsal edilmiş və sənaye xarakterli xidmətlər göstərilib. Bundan 115,0 milyon manat qida məhsulları istehsalı, 17,7 milyon manat içki, 253,2 milyon manat metallurgiya sənayesi məhsulları, 93,2 milyon manat avtomobil, qoşqu və yarımqoşquların istehsalı və 61,9 milyon manat digər məhsulların istehsalı təşkil edib.
2024-cü il ərzində 14,2 ton makaron, 244,1 min dekalitr araq, 133,9 min dekalitr şərab, 623 ədəd traktor, 509 ədəd MAZ yük avtomobili, 11037,0 ton emal edilməmiş alüminium ərintiləri (ilkin şəkildə), 2570 ədəd elektron, 463012- ədəd mexaniki su və qaz sayğacları istehsal edilib.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunun müəssisələri tərəfindən 2024-cü il yanvar-dekabr ayları ərzində 39,4 milyon manatlıq, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda 25,3 milyon manatlıq məhsul istehsal edilmiş və xidmətlər göstərilib.