Türkiyə sahillərindəki tanker tıxacında 18 milyon barel neftin hərəkəti dayandırılıb.
Türkiyə boğazlardan keçən gəmilərə görə ildə 200 milyon dollar - Gəlir Əldə Edəcək
FED.az biznes və maliyyə xəbərləri poğrtalı «Bloomberg»ə istinadən xəbər verir ki, təqribən 20 daşıyıcı artıq bir neçə gündür ki, Bosfor və Dardanel boğazlarından keçmək üçün növbə gözləyir. Bildirilir ki, bir tankerdən başqa qalanları Qazaxıstan yükü daşıyır.
Bir qədər əvvəl isə bildirilirdi ki, boğazda dayanan tankerlər rus nefti daşıyır və neftə tətbiq edilən qiymət limitinə görə dayandırılıb – Türkiyə yüklərin sığortası ilə bağlı yeni sənədləri tələb edir.
Xatırladaq ki, Avropa İttifaqının rusiya neftinə tətbiq etdiyi və dekabrın 5-də qüvvəyə minən qiymət limitinə əsasən, neftin qiyməti 60 dollardan yüksək olarsa, onu daşıyan tankerlər dəniz sığortası ala bilməyəcək.