2022-ci ildə SOCAR dövlətə 200 milyon manat məbləğində dividend ödəyib.
SOCAR-ın yeni gəlir və mənfəəti - REKORD VURDU
FED.az SOCAR-ın maliyyə hesabatına istinadən xəbər verir ki, ötən il şirkət 1 milyard 439 milyon manat mənfəət vergisi ödəyib.
Qeyd edək ki, hökumətin qərarlarına əsasən, SOCAR vaxtaşırı olaraq birbaşa nağd qoyuluşlar etmək və ya Hökumət üçün aparılan tikinti və təmir işlərini maliyyələşdirmək (o cümlədən aktivlərin köçürülməsi) tələb olunur. 2022-ci il ərzində birbaşa Hökumətə köçürülən pul vəsaitlərinin məbləği 527 milyon manat (31 dekabr 2021-ci il: 665 milyon manat) təşkil edib və əsasən, Azərbaycanda istirahət, nəqliyyat, təhsil və tibb infrastrukturunun təmiri, tikintisi və yenidən qurulması üçün istifadə edilib. (Apa)