Bu ilin I rübündə Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağından 4,7 mlrd. kubmetr təbii qaz, 952 min ton isə kondensat hasil edilib.
Eləcə də bax: AÇG üzrə hasilatın həcmi - AÇIQLANIB
FED.az xəbər verir ki, bu barədə Energetika Nazirliyi məlumat yayıb.
“Şahdəniz” istismara veriləndən 1 aprel tarixinədək 121,5 mlrd. kubmetr qaz, 29 mln. ton kondensat hasil edilib.
Qeyd edək ki, "Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. "Şahdəniz" üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub.
Layihədə BP (operator – 28,8%), "AzSD" (10%), "SGC Upstream" (6.7%), "Petronas" (15,5%), "LUKoil" (10%), NICO (10%) və TPAO (19%) şirkətləri iştirak edir.