Bu ilin yanvar-sentyabr aylarında Rusiyanın "Qazprom" şirkətinin boru kəmərləri ilə təbii qazın ixracından əldə etdiyi gəlirləri illik müqayisədə iki dəfə artaraq 33,26 mlrd. ABŞ dollarına çatıb.
Eləcə də bax: “Qış çox sərt keçərsə, qiymətlər qalxa bilər”
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, bu barədə Rusiyanın Federal Gömrük Xidməti bildirir.
Məlumata görə, yanvar-sentyabrda qaz ixracının fiziki həcmi 2020-ci ilin eyni dövrü ilə müqayisədə 9,5% artaraq 156,8 mlrd. kubmetrə çatıb.
Qeyd edək ki, "Qazprom" Avropanın əsas qaz ixracatçılarından biridir.