Dünya bazarında dünən – aprelin 20-də baş verən fəlakətli enişdən və qiymətlərin mənfi həddə düşməsindən sonra neftin qiyməti yenidən müsbət zonaya qayıdıb.
Eləcə də bax: Tramp "Light" markalı neftin qiymətinin enməsini maliyyə təzyiqi ilə - İZAH EDİB
FED.az xəbər verir ki, bu gün başlayan birjalarda Qərbi Texas (WTI) neftinin qiyməti 39 dollar artaraq 1,41 dollara olub.
Brent markalı neft isə hərracın əvvəlindən təqridən 20 sent ucuzlaşaraq 25,38 dollara enib.
Xatırladaq ki, aprelin 20-də WTI neftinin may müqavilələri üzrə qiyməti birdən birə 300% ucuzlaşaraq mənfi həddə - mənfi 37Ö63 dollara düşmüşdü.
Ucuzlaşmaya səbəb neft anbarlarının dolması və çıxarılan nefti saxlamağa yer olmaması idi.