ABŞ-ın “WTI” (“Texas light”) markalı neftin qiymətinin hazırkı enməsi əsasən maliyyə təzyiqləri nəticəsində sürətlə baş verən hadisədir.
Eləcə də bax: Neft mənfiyə düşdü - SON QİYMƏT
FED.az xəbər verir ki, bu fikri ABŞ Prezidenti Donald Tramp Ağ Evdə keçirdiyi brifinqdə dilə gətirib.
“Bir ay əvvələ nəzər salın, məncə, bir barelin qiyməti təxminən 25-28 dollar idi. Bu, neft məsələsindən daha çox maliyyə məsələsidir. Bu, sadəcə maliyyə təzyiqidir. Əvvəllər heç kim neftin qiymətinin mənfi olması barədə eşitməmişdi, ancaq bu, qısa müddət sürəcək”, - deyə Vaşinqton administrasiyasının rəhbəri bildirib.
“Rusiya, Səudiyyə Ərəbistanı, OPEK+ istehsalatı azaltdı. Fabriklər, müəssisələr bağlandı. Bizim çoxlu neftimiz var. İstehsalat sutkada 20 milyon barelədək azaldılacaq, Rusiya ilə Səudiyyə Ərəbistanı arasındakı 15 milyon bareli isə ciddi şəkildə azaltmaq lazım gələcək”, - deyə Tramp əlavə edib
Apa