ABŞ-da anbarlarda neft ehtiyatlarının azaladığının açıqlanmasından sonra neft qiymətləri yüksəlməkdə davam edir.
İran neft sənayesinə 145 mlrd. dollar yatırmağı - Planlaşdırır
FED.az xəbər verir ki, Bakı vaxtı ilə saat 08:07-də Brent nefti 1,5% bahalaşma ilə 77,34 dollardan, ABŞ xam nefti (WTI) də 1,5% bahalaşma ilə 73,31 dollardan ticarət olunub.
Avropada təbii qazın bahalaşması da neft qiymətlərinin yüksəlməsinə səbəb olur. Avropada qış sərt keçərsə, neftin qiymətinin daha da yüksələrək 85 dollara çata biləcəyi nəzərdə tutulur.
ABŞ-dakı xam neft ehtiyatları 2018-ci ildən bu yana ən aşağı səviyyəyə geriləyib. Hökumətin açıqladığı rəsmi məlumatlara görə, xam neft ehtiyatları keçən həftə 3,48 milyon barel azalaraq 414 milyon barelə düşüb.(marja)