İran hökuməti yaxın bir neçə il ərzində ölkənin neft sənayesinə təxminən 145 mlrd. ABŞ dolları məbləğində sərmayə yatırmaq niyyətindədir.
Eləcə də bax: Neftin qiymətilə bağlı yeni proqnoz - ƏLAVƏ 5 DOLLAR YÜKSƏLƏ BİLƏR
FED.az xəbər verir ki, bunu İranın neft naziri Cavad Oruci deyib.
Onun sözlərinə görə, ölkə neft sənayesinə sərmayə qoymaq istəyən yerli və xarici investorlar üçün açıqdır.
"Önümüzdəki 4-8 il ərzində neft hasilatı və emalı sənayesinin inkişafına təxminən 145 mlrd. dollar sərmayənin yatırılması planlaşdırılır. Buradan neft sənayesinə (İranın – red.) sərmayə qoymaq istəyən yerli və xarici investorları salamlayırıq", - C. Oruci qeyd edib. (Apa)