Koronavirusa yoluxanların sayının artması ilə investorlar arasında tələbatın kəskin azalması qorxusu nefti yenidən ucuzlaşdırıb.
Eləcə də bax: Kanadanın neft şirkəti Azərbaycanda müqavilə sahəsini - SOCAR-A TƏHVİL VERİB
FED.az xəbər verir ki, Bakı vaxtı ilə saat 16:35-ə olan məlumata görə, Londonun "ICE Futures" birjasında “Brent” markalı neftin avqust fyuçerslərinin bir barelinin qiyməti 1,39% azalaraq 39,75 ABŞ dolları təşkil edib.
Nyu-Yorkun “Nymex” əmtəə birjasında WTI markalı neftin avqust fyuçerslərinin bir barelinin qiyməti 1,76% azalaraq 37,34 ABŞ dolları olub.