Azərbaycanda quruda yerləşən "Muradxanlı-Cəfərli-Zərdab" neft yataqları blokunun işlənməsi ilə məşğul olan Kanadanın "Zenith Energy" şirkəti tərəfindən Müqavilə Reabilitasiya Sahəsinin (MRS) SOCAR-a təhvil verilməsi prosesi başa çatdırılıb.
Eləcə də bax: Cənubi Qafqaz Boru Kəmərinin texniki operatorluğu - SOCAR-A KEÇDİ
FED.az xəbər verir ki, "Zenith Energy"dən verilən məlumata görə, təhvilvermə nəticəsində "Zenith Energy" Azərbaycanda bütün neft istehsalı əməliyyatlarını dayandırıb və bütün sahə istehsal heyəti (170-ə yaxın işçi) SOCAR-ın tabeçiliyinə keçirilib.
Qeyd edək ki, bundan sonra "Zenit"in Azərbaycanda fəaliyyəti yalnız kəşfiyyat işləri ilə bağlı olacaq.
Hazırda müqavilə sahəsində gündəlik orta neft hasilatı 180 barel təşkil edir.
Xatırladaq ki, 2016-cı il martın 16-da Bakıda SOCAR və "Zenith Aran Oil Company Ltd." şirkətləri arasında "Muradxanlı-Cəfərli-Zərdab" neft yataqlarının daxil olduğu blokun bərpası, kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş imzalanıb. Saziş Azərbaycan Milli Məclisi tərəfindən 2016-cı il iyunun 14-də ratifikasiya olunub. (Apa)