Azərbaycanın qaz ixracından gəlirləri kəskin artıb.
Eləcə də bax: Azərbaycanın neftdən gəlirləri 80% artıb - RƏQƏMLƏR
FED.az xəbər verir ki, Dövlət Neft Fondu Şahdəniz yatağından qaz və kondensat (qazla birlikdə çıxan neft) gəlirlərini açıqlayıb.
Fondun məlumatına görə, ilin əvvəlindən indiyədək (01.01.2022-01.11.2022 tarixinə) qaz və kondensat satışından 1 milyard 209 milyon dollar vəsait əldə edilib.
Bunun 880 milyon dolları qaz satışından, 329 milyon dollar isə kondensat neft satışından əldə edilən vəsaitlərdir.
Ötən ilin eyni dövrü ilə müqayisədə Şahdəniz yatağı üzrə gəlirlər kəskin – 747 milyon dollar və ya 2,6 dəfə artıb.
Xatırladaq ki, 2021-ci ilin eyni dövründə Şahdəniz yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər 462 milyon dollar olmuşdu.